Azərbaycanda təhsil alan xarici tələbələr üçün yataqxana seçimləri universitetdən, şəhərdən və tələbənin şəxsi imkanlarından asılı olaraq dəyişir. Aşağıda əsas məlumatları təqdim edirik:
1. Universitet Yataqxanaları
Əksər dövlət universitetlərinin öz yataqxanaları mövcuddur və xarici tələbələr üçün yerlər ayrılır.
Qiymətlər: aylıq 60 – 200 AZN arasında dəyişə bilər (şəraitdən asılı olaraq)
2. Özəl Yataqxanalar
Əgər universitet yataqxanasında yer yoxdursa və ya şərait uyğun deyilsə, tələbələr aşağıdakı alternativlərdən istifadə edə bilər:
Özəl yataqxanalar:
Bu yataqxanalar ümumiyyətlə Wi-Fi, mətbəx, təmizlik xidməti və təhlükəsizliklə təmin olunur.
Qiymət: 150 – 350 AZN / ay (otaq növünə görə dəyişir)
Kirayə evlər:
Xarici tələbələr adətən 2-3 nəfər birgə ev kirayəyə goturə bilərlər
Qiymət: 1 otaqlı ev – 350-500 AZN
2 otaqlı ev – 500-800 AZN (əgər bir neçə tələbə birgə qalırsa, daha sərfəlidir)
Qeydiyyat və Hüquqi Tələblər
Yataqxanaya və ya evə köçəndə müvəqqəti qeydiyyat tələb olunur.
Əcnəbi tələbə Azərbaycana gələndən sonra 15 gün ərzində qeydiyyatdan keçməlidir (bundan universitet və ya ev sahibi məsuldur).